AZ

Qırmızı ət diabetli qadınlarda böyrəklərin zədələnməsinə səbəb olur

Diabetli qadınlara qırmızı ət və kolbasa yemək tövsiyə edilmir, çünki onların istehlakı diabetik nefropatiyanın, yəni böyrəklərin zədələnməsi riskinin artması ilə əlaqələndirilir.

Aztibb.az-ın “Scientific Reports”a istinadən verdiyi məlumata görə, iranlı alimlər bu qənaətə gəliblər.

Tehran Tibb Universitetinin Qida Elmləri və Dietologiya fakültəsinin alimləri tərəfindən aparılan təcrübədə 30-65 yaş arası şəkərli diabetdən əziyyət çəkən 210 qadın iştirak edib. Onlardan nə qədər qırmızı ət (o cümlədən mal, quzu və orqan əti), ağ ət (müxtəlif quş və balıq) və emal olunmuş ət məhsulları (kolbasa) istehlak etdiklərini bildirmələri xahiş olunub.

Subyektlərdən sidik nümunələri toplanmış və analiz zamanı albumin və kreatinin nisbəti müəyyən edilmişdir. Bu indeks böyrək zədələnməsinin müxtəlif əlamətlərini, xüsusən də diabetik nefropatiyanı əks etdirir. Bu, diabetes mellitusda böyrək damarlarının zədələnməsidir.

Daha çox qırmızı ət yeyən iştirakçılar, qan şəkəri və sidikdə kreatinin səviyyələri üçün sınaqdan keçirilib. Onlarda bu maddələrin yüksək səviyyədə olduğu aşkar edilib. Bu qrup xəstələrdə diabetik nefropatiyanın və yüksək qan təzyiqinin inkişaf riski artmışdır. Ağ ətdən istifadə isə əksinə, bu riski müəyyən qədər azaldır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla