AZ

Respublika Klinik Xəstəxanasında Ulu Öndərə həsr edilmiş tədbir keçirilib

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, öncə müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında oynadığı tarixi rolun əhəmiyyəti barədə çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin irsi, cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti, Vətən müharibəsində qazanılmış zəfər, azərbaycançılıq, vətənpərvərlik, gənc nəslin vətənpərvər ruhda böyüməsi mövzusunda fikirlərini diqqətə çatdırıb.
 
Daha sonra Respublika Klinik Xəstəxanasının baş həkimi Sərdar Əsədov bildirib ki, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olduğunu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla