Yevlax Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri Əflatun Əlisab oğlu Əliyevi "Həkimlərimizi tanıyaq!" rubrikamızda sizə təqdim edirik.
O, 1958-ci ildə Yevlax rayonunda anadan olub. 1977-1983-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1983-1984-cü illlər ərzində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura keçib.
Əflatun Əliyev 1984-1985-ci illərdə Ucar Rayon Mərkəzi Xəstəxanasında funksional diaqnostik həkim, 1985-1987-ci illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım stansiyasında həkim, 1987-1994-cü illərdə həmin xəstəxananın Kardiologiya şöbəsində həkim-kardioloq, 1994-1995-ci illərdə baş həkimin tibb xidməti üzrə müavini, 1995-2020-ci illərdə həkim-kardioloq vəzifələrində çalışıb. 2020-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiridir.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.