AZ

"Bu gün böyük qələbə qazandıq" - Qasperini

"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini Avropa Liqasının finalına yüksəlməsini şərh edib.

Offsideplus.az xəbər verir ki, bu barədə o, “Football İtalia”ya açıqlama verib:

“Biz çoxlu oyun oynayırıq, həmişə yaxşı oynamaq asan deyil və bəzi oyunlarda mübarizə aparmalıyıq. Amma bu gün böyük qələbə qazandıq.

Bu, xüsusi matç idi və onlar bunu bacardıqları qədər oynadılar. Düşünürəm ki, "Bayer"lə final tarixi hadisə olacaq və bizim kimi klub üçün bu, sadəcə olaraq inanılmazdır. Görünür, Avropa Superliqasını yaratmaq lazımdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla