AZ

“Ukraynanın yerin altında gizli zavodları var”- “İşçilər arasında bir neçə vətən xaini aşkar edilib”

Ukraynada bir qismi yerin altında, digərləri isə “böyük dekorasiyalar altında gizlənmiş” gizli silah zavodları şəbəkəsi qurulub.

“AzPolitika” xəbər verir ki, bunu İspaniyanın “El Mundo” nəşri Ukrayna silah sənayesindəki mənbəyə istinadla yazıb.

Mənbənin bildirdiyinə görə, hazırda Ukraynanı ən çox narahat edən bu zavodların Rusiya qoşunlarından nə dərəcədə uğurlu gizlədilməsidir: “Biz işçilər arasında bir neçə vətən xaini aşkar etmişik”.

Qəzet yazır ki, sözügedən müəssisələrin yeri tam məxfi saxlanılır və dövlət sirri kimi qorunur.

Xatırladaq ki, bundan öncə Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixail Fedorov bildirib ki, 2024-cü ildə Ukrayna ötən illə müqayisədə uzun mənzilli PUA istehsalını 10 dəfə artırıb. Əksər dronların uçuş mənzili 700-1000 kilometrdir, lakin 1000 kilometrdən çox uçuş məsafəsi olan modellər də var.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq