AZ

DİM-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib

Dövlət İmtahan Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M. Abbaszadə ümummilli liderimizin həyat və fəaliyyətindən, Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsil və mütəxəssis hazırlığına göstərdiyi qayğıdan danışıb.

 

Sədr qeyd edib ki, ümummilli liderimiz ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu işinə həmişə ölkənin kadr potensialının möhkəmləndirilməsinin mühüm tərkib hissəsi, təhsil işimizin strateji istiqaməti kimi yanaşırdı. O, təhsildə qiymətləndirmə prosesinin dünyada qəbul olunmuş standartlara uyğun şəkildə qurulması üçün bu sahədəki dünya təcrübəsindən geniş istifadə edilməsini zəruri hesab edirdi. Biz ulu öndərimizin bu göstərişini rəhbər tutaraq biliyin qiymətləndirilməsi sistemini, imtahan modelini dünya standartlarına uyğunlaşdırmaq üçün davamlı şəkildə təkmilləşdirmə işləri aparmışıq və bu işi indi də davam etdiririk.

 

Daha sonra tədbirdə “Milli qiymətləndirmə sistemi – Heydər Əliyevin yetirməsidir” adlı film nümayiş etdirilib.

 

Tədbirdə çıxış edən kollektivin digər üzvləri də ümummilli liderimizin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən geniş söz açıblar.

 

Qeyd edək ki, DİM-in rəhbərliyi və kollektivi bu gün Fəxri Xiyabanda ulu öndərin məzarını da ziyarət ediblər.

 

Bu gün, həmçinin Dövlət İmtahan Mərkəzinin əməkdaşları Xanlar Xanlarzadə və Röyal Qulusoy ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Böyük Qafqaz dağ silsiləsinin Qızılqaya massivində yerləşən Heydər Əliyev zirvəsinə yürüş ediblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq