AZ

Nizamişünas alimin  "kəllə sümüyü" bağlı açıqlaması,  elə Afaq Bəşiqızının fikirləri qədər "ciddidir"  

Yəqin ki, sosial şəbəkə istifadəçisi olan hər kəs bilir. Hazırda ən çox müzakirə edilən mövzulardan biri də mütəfəkkir, dahi Nizami Gəncəvinin kəllə sümüyünün oğurlanmasıdır. Bilirsiniz, Xalq artisti Afaq Bəşirqızı “Şən gənc” layihəsində açıqlama vermişdi ki, o vaxt Nizami Gəncəvinin üzünü təyin etmək üçün başının skeletini aparıblar. Onu da aparan ermənilər olub və skleti oğurlayıblar”.


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçısi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizamişünas alim Zəhra Allahverdiyeva mediaya (publika.az) açıqlamasında daş atıb, başını tutub ki, nə danışırsınız, heç bir oğurluqdan söhbət gedə bilməz: "Əslində bu belə deyil, 1938-39-cu illərdə iki dəfə Gəncədə Nizami Gəncəvinin qəbri ətraflında qazıntı işləri aparılıb. Bu, dövlətin qərarı ilə olub.

Çünki 41-ci ildə onun yubileyini keçirəcəkdilər. Söhbət Bağırovun (Mircəfər –red-Ə.R) hakimiyyəti illərindən gedir. SSRİ dövrü idi və həmin dövrdə dövlət xətti ilə Gəncədə qazıntı işləri aparılırdı. Gəncəvinin qəbrindən tapılan əşyaları Sankt-Peterburqda yerləşən Ermitaja göndərirdilər.

Orada xüsusi, böyük bir Nizami bölməsi açılmışdı. Həmin dövrdə Nizaminin kəllə sümüyünü də eksperiment üçün aparıblar. Bu haqda Azərbaycan televiziyasının sənədli filimi var. O filimdə göstəriblər ki, sovet alimi Mixail Gerasimov Gəncəvinin kəllə sümüyünü araşdırır, tədqiq edir. Araşdırmaqda məqsəd o olub ki, bu insanda hansı fiziki, bioloji dəyişikliklər var ki, belə dahiyanə əsərlər yazıb? Həmin filmdə Mixail Gerasimovun özünü göstərirlər və orada belə bir epizod gedir ki, sovet alimi Nizami Gəncəvinin kəllə sümüyünü araşdırır.

Sonra həmin sümük aparılır Sankt-Peterburqa. Lakin orada eksponat kimi göstərilib-göstərilmədiyi yazılmayıb. Yəni, həqiqətən də Nizaminin kəllə sümüyü Rusiyaya aparılıb, ancaq burada oğurluqdan söhbət gedə bilməz".

Alim daha sonra vurğulayıb ki, sovet hakimiyyəti dağıldıqdan sonra mən bir məqalə oxudum:” Orada yazılmışdı ki, Ermitajda olan eksponatları gizli yolla Avropaya satıblar. Orada işləyən 10-15 qadını da buna görə həbs ediblər. Mən Afaq Bəşirqızının bu fikrini ciddiyə almıram”.

Erməni oğrudur, oğru deyil? 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Adalet.az-ın suallarını cavablandırarkən qeyd etdi ki, 1940-cı ildə Nizaminin məzarı üzərində məqbərə inşa ediləcəyi nəzərə alınaraq, arxeoloji qazıntı işlərinə başlanılır:” Bu qazıntılarda sovet antropoloqu, arxeoloqu Mixail Mixailoviç Gerasimov da iştirak edir. lk dəfə olaraq başın yumşaq toxumaların quruluşunun və kəllə skeleti arasında müəyyən asılılığın olmasını elmə gətirən Gerasimov məzardan çıxan sümükləri incəlməyə başlayır.

O zaman o təklif edir ki, Nizami Gəncəvi (Gəncəli)-nin kəllə sümüyünü ona versinlər və o kəllə skeletinə görə şəxsiyyətin eyniləşdirməsi və kəllənin təsvirinə görə kəlləsi güman olunan şəxsin həyati fotoşəklini müəyən etsin. Yerli əhalinin və ağsaqqaların xəbəri olmadan Nizaminin kəllə sümüyünü ona verirlər və Gerasimov onu götürüb Sank-Peterburq şəhərinə gedir. Qeyd edim ki, bu M.M.Gerasimov kəllə sümüklərinin əsasında Əmir Teymurun simasını bərpa etmək fikrinə düşən və onun məzarını açan adamdır.

Gerasimov kəllə sümüyünü geri qaytarmır, lakin məzar bərpa olunmalı idi. Çünki içərisində iki qəbr var idi. Biri ehtimallara görə Məhsəti Gəncəvinin qəbri idi. Məqbərə tikintisi başa çatmalı idi. Elə bu zaman, 1941-ci ildə Almaniyasının SSRİ-yə qəfil hücumu bu yöndə planları pozdu. Məqbərənin tikintisi təxirə düşdü. 1947-ci ildə isə məqbərənin tikintisi tamamlandı. Lakin bu zaman dahi Nizaminin məzarında onun kəllə sümüyü yox idi. Gerasimov onu geri qaytarmadı.

Bəzilərinin iddiasına görə guya Nizaminin kəllə sümüyü Peterbuqrda saxlanılır. Lakin bir versiyaya görə Gerasimov onu ermənilərə satıb və hazırda həmin kəllə sümüyü Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin qorunma və tədris mərkəzində gizlədilir”.

 

Zəhra xanım, "Oğurluqdan söhbət gedə bilməz" erməniləri müdafiə etməkdir, yoxsa, qeyri- ciddi  ehtimaldır?


Düzü, erməninin genetikasında əsas xüsusiyyətlərdən biri olan oğurluq amilini görməzdən gələn alimin bu fikirləri sosial şəbəkələrdə daha çox müzakirə obyektidir. Çünki bundan əvvəl də, bu gün də  tarixçi və alimlər təsdiq edib ki, Nizaminin kəllə sümüyü məhz ermənilər tərəfindən oğurlanıb.
 Nizamişünas alim Zəhra Allahverdiyevaya bir sualla müraciət etmk qərarına gəldim. Deyirsiniz ki, Nizami Gəncəvinin kəllə sümüyü aparılır Sankt-Peterburqa!Və sonra da qeyd edirsiniz ki, eksponat kimi orada göstərilib-göstərilmədiyi yazılmayıb. Aradan keçən 86 ildə heç bir mətbu orqan da yazılmayıb, nə də bir rəsmi açıqlama verilməyib ki, doğrudan da sümük konkret olaraq Sankt-Peterburqdadır. Əgər iddia edirsinizsəki, SSRİ dağılandan sonra “Ermitajda olan eksponatlar gizli yolla Avropaya satılıb” bəs o zaman o eksponatların içərisində olduğunu hesab etdiyiniz kəllə sümüyü haqqında niyə indiyənə qədər heç bir Avropa mətbuatı məqalə, məlumat yazmayıb?Niyə indiyənə qədər bunu araşdırmamısınız?


Bildirirsiniz ki, Afaq Bəşiqızının fikirlərini ciddiyə almırsınız. Almayaq, deyək ki, artistdir, mədəniyyət sahəsinin adamıdır, fikri yanlışdır və sairə. Siz ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçısi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizamişünas alimsiniz, axı siz açıqlamanızda daha ciddi bir fikir sərgiləməli idiniz. Məsələn, konkret bir fakt!

Özünüzə “Nizamişünas” deyirsinizsə, 32 illik müstəqillik dövründə siz gərək Nizaminin kəllə sümüyünün harda olduğunu dövlət xətti ilə araşdırıb tapaydınız! Sonra isə ictimaiyyətə sanballı bir açıqlama verəydiniz!Əgər bunu “Nizamişünas" alim  olaraq 30 ildə bacarmamısınızsa, siz də elə A.Bəşirqızı kimi ehtimallarla danışırsınızsa, üzürlü sayın, mən də sizi ciddiyə almadım.

 Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla

Reytinq