AZ

“Həmin ərazidə  sərhəd dirəklərinin quraşdırılması praktiki olaraq başa çatıb” -Ceyhun Bayramov

“Ermənistan və Azərbaycan birgə səylərlə sərhədin demarkasiyası çərçivəsində müvafiq əraziləri minalardan təmizləyib və coğrafi koordinatları dəqiqləşdirib.”- bunu Azərbaycanın Xarici İşlər naziri  Ceyhun Bayramov bildirib.

Vətəninfo.az xəbər verir ki, Ceyhun Bayramov bildirib ki, həmin ərazidə  sərhəd dirəklərinin quraşdırılması praktiki olaraq başa çatıb.

“Ümid edirəm ki, bu iki gün ərzində müsbət işin öhdəsindən gələcəyik”. -deyə Ceyhun Bayramov əlavə edib.

“Düşünürəm ki, Almatıdakı danışıqlar çox faydalı olacaq. Ümid edirəm ki, açıq qalan məsələlərin həllini tapmaq üçün qarşıdakı iki günü müsbət istiqamətdə inkişaf etdirməyə nail olacağıq.”- deyə nazir bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla