Macarıstan və Çin dövlətlər arasında bütün mübahisələrin sülh yolu ilə həllini dəstəkləyir.
"Operativ Media" xəbər verir ki, bu barədə iki ölkənin mayın 9-da Budapeştdə qəbul etdiyi birgə bəyanatda deyilir.
"Hər iki tərəf qlobal təhlükəsizlik və sülhün vacibliyini bir daha təsdiqləyir. BMT-nin beynəlxalq sistemini birgə müdafiə edəcəklərini təsdiq edirlər", - sənəddə deyilir.
Bəyanatda deyilir ki, Çin Avropa İttifaqı ilə hərtərəfli strateji tərəfdaşlığın inkişafına sadiqliyini bir daha təsdiqləyib.