AZ

Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib

Çadın

Bakı, 10 may, AZƏRTAC

İlkin nəticələrə görə, Çadın hərbi lideri Mahamat Debi İtno mübahisəli prezident seçkilərinin qalibi elan edilib.

AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, Çad seçkilərini idarə edən milli agentlik bazar ertəsi günü keçirilən səsvermənin nəticələrini vaxtından əvvəl açıqlayıb. Debi İtnonun 61 faiz səslə seçkilərin qalibi olduğu bildirilir.

Çad üçillik hərbi hakimiyyətdən sonra uzun müddət təxirə salınan prezident seçkilərini keçirib və analitiklər hazırkı prezidentin qalib gələcəyini gözləyirdilər. Mahamat İdriss Debi kimi də tanınan Debi İtno ölkəyə otuz il rəhbərlik etmiş atasının 2021-ci ildə üsyançılarla döyüşdə öldürülməsindən sonra hakimiyyəti ələ keçirib.

Bu seçkilər təxminən 18 milyon əhalisi olan, neft ixrac edən ölkə üçün xüsusi əhəmiyyət kəsb edib. Ölkənin 60 ildən artıq müstəqillik tarixində hakimiyyət seçki yolu ilə deyil, bir qayda olaraq, hərbi çevrilişlər nəticəsində dəyişirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla