AZ

Almaniyada İsrailə silah göndərilməsini dayandırımaq müzakirə edilir

Almaniyada İsrailə silah göndərilməsini dayandırımaq müzakirə edilir

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya hökumətinin İsrailə silah göndərilməsinin dayandırılması ilə balı məsləhətləşdiyini bildirib.


AFN.az Almaniya mediasına istinadən xəbər verir ki, müdafiə naziri bu məsələnin ABŞ prezidenti Co Baydenin “İsrail geniş miqyaslı hücumla Rəfaha girəcəyi təqdirdə bu ölkəyə silah göndərməyi dayandıracaq” açıqlamasından sonra gündəmə gəldiyini deyib. ABŞ-da səfərdə olan Pistorius mövzu ilə bağlı sualı cavablandırıb: "Hazırda bununla bağlı məsləhətləşmələr gedir. Hələlik buna cavab verə bilmərəm. Bu məsələdə məsuliyyət ilk növbədə Almaniya kanslerinin və Xarici İşlər Nazirliyinin üzərinə düşür. Əlbəttə, bağlı qapılar arxasında fikir mübadiləsi apardıq. Amma qərarları açıqlamaq mənim vəzifəm deyil".

Qeyd edək ki, ABŞ prezidenti Bayden CNN telekanalına müsahibəsində bildirmişdi ki, İsrail irimiqyaslı hücumla Rəfaha daxil olarsa, ona silah göndərməyi dayandıracaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
2
afn.az

4Mənbələr