AZ

Prorektor: Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində tələbə mübadiləsi davam edir

Türkiyənin hərbi universitetlərinin birinə Azərbaycan vətəndaşının təyin olunması iki ölkə arasındakı hərbi əməkdaşlığın ən yüksək səviyyədə olmasının sübutudur.

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyə Milli Müdafiə Universitetinin prorektoru Əsəd Rüstəmov bildirib.

O qeyd edib ki, onun vəzifələri arasında Türkiyənin hərbi təhsil ocaqlarında təhsil alan azərbaycanlı hərbçilərinin təhsil prosesini tənzimləmək də var. Əsəd Rüstəmovun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində tələbə mübadiləsi davam edir: “Onu da deyə bilərəm ki, zabit heyətimiz Türkiyədə fəlsəfə doktoru dərəcəsini almaq üçün təhsilini davam etdirir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla