AZ

Astanada bürünc şansı

Qazaxıstanın Astana şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin yeddi cüdoçusu tatamiyə çıxıb.

Onlardan dördü bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Bu idmançılardan ikisi bir-biri ilə qarşılaşacaq.

Kişilər
60 kq

Əhməd Yusifov Dauren Syukenov (Qazaxıstan), Yam Volzak (İsrail) və Miçele Auqusto (Braziliya) üzərində qələbələri sıralayaraq yarımfinala adlayıb. O, finala vəsiqə uğrunda görüşdə Yunq Vey Yanqa (Çin Taypeyi) məğlub olub. Təmsilçimiz üçüncülük duelində Yeldos Smetovla (Qazaxıstan) görüşəcək.

Nazir Talıbov isə yarımfinala gedən yolda Yonatan Çaron (Kuba), Maqjan Şamşadin (Qazaxıstan) və Aybek Omirovu (Türkmənistan) məğlub edib. O, finalın bir addımlığında neytral statuslu Ramazan Abdulayevə uduzub. Bu görüşdə zədələnən Talıbov bürünc uğrunda qarşılaşmaya çıxmayacaq.

66 kq
Azərbaycanın iki cüdoçusu bürünc uğrunda görüşdə üz-üzə gələcək. Kamran Süleymanov Erbol Amasbekov (Qırğızıstan), Julyen Fraskadore (Kanada) və Straxindja Bunçiçə (Serbiya) qarşı görüşləri qələbə ilə başa vurub. O, yarımfinalda italiyalı Matteo Pirasa uduzaraq bürünc uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Ruslan Paşayev Matej Polyak (Slovakiya) və Qusman Kirqizbayevə (Qazaxıstan) qalib gəlsə də, 1/4 finalda Lukas Saaya (Finlandiya) məğlub olub. Təsəlliverici görüşdə Sərdar Rəhimova (Türkmənistan) qalib gələn təmsilçimiz bürünc qarşılaşmasında komanda yoldaşı ilə qarşılaşacaq.

Qadınıar
48 kq

Leyla Əliyeva Jibek Jaksıbay (Qazaxıstan), Tare Babulfat (İsveç) və Nataşa Ferreyra (Braziliya) üzərində qələbələrlə yarımfinala yüksəlib. O, bu mərhələdə neytral statuslu Sabina Gilyzaovaya uduzub. Əliyeva bürünc medal üçün türkiyəli Tuğçe Bederlə görüşəcək.

57 kq
Açelya Toprak ilk görüşdə Pixle Salonenə (Finlandiya) uduzub.

Fidan Əlizadə Dina Muxanbata (Qazaxıstan) qalib gəlsə də, olimpiya çempionu Rafaela Silvaya (Braziliya) məğlub olub.

Qeyd edək ki, millimiz Astanda 12 kişi və 3 qadın cüdoçu ilə təmsil olunur.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
Mənbələr
Şərh ()
Bağla