AZ

Ümumilli Lider Heydər Əliyevin 101-ci ildönümü Goranboyda da qeyd edilib

Goranboy Rayon Mərkəzi Xəstəxanasının akt zalında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin 101 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

 

Bu məlumat Aztibb.az-a Rayon Xəstəxanasından verilib.

 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Goranboy rayonunun mərkəzində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüblər.

 

Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Yahyayev tədbirdə Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək, onun siyasi irsi və dövlətçilik məharəti barədə məruzə ilə çıxış edib.

 

Sonda tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətinin mühüm hadisələrini əhatə edən qısa metrajlı filmə tamaşa ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla