AZ

Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ağacəkmə aksiyası keçirilib.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.

 

Müşfiqabad qəsəbəsində təşkil olunan aksiya zamanı sözügedən qurumların rəsmilərinin, əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

 

Ağacəkmə tədbirinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək, eyni zamanda ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
aztibb.az

1Mənbələr