AZ

Ukraynanı ümidləndirən xəbər - “Artıq çox yaxınıq”

Ukraynanın taktiki aviasiya briqadası artıq ilk F-16 qırıcısının simulyatorunu alıb.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məlumat verib.

“F-16-lar getdikcə yaxınlaşırlar, Ukraynada artıq Çexiya tərəfindən verilən ABŞ qırıcısının ilk simulyatoru var. Bunun əsas modulu artıq taktiki aviasiya briqadalarından birinin bazasında mütəxəssislər tərəfindən sınaqdan keçirilir”, - aviasiya komandanı bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin təlim komandanlığının sözçüsü Aleksandr Dyakiv söyləyib ki, bu simulyator ukraynalı pilotların artıq bildiyi simulyatorlardan fərqlidir:

“Bu simulyator deyil, əsl F-16 kabinəsi olan tam uçuş simulyatorudur. Pilot idarəetmə vasitələrini, onların harada olduğunu, uçuş zamanı nə gördüyünü, hansı siqnalların gəldiyini aydın hiss edə bilir”.

Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri məlumat vermişdi ki, ukraynalı pilotlar F-16 təlimlərini yayda başa vuracaq. Hollandiya hökuməti də qırıcıların yayda təhvil veriləcəyini açıqlamışdı.

Hərbi ekspert Boqdan Dolintsenin sözlərinə görə, F-16-ların hədəfləri Rusiya hərbi obyektləri və aviasiyası olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla