AZ

Tayvan sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

Tayvan sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə yerli "Liberty Times Net" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, yeraltı təkanlar saat 15:45-də Hualien dairəsi sahillərindəki sularda qeydə alınıb, yeraltı təkanların episentri 10 km dərinlikdə olub.

Taypey metrosu ehtiyat tədbiri olaraq qatarların sürətini azaldıb. Stansiyalarda və yollarda avadanlıq yoxlanıldıqdan sonra heç bir anomaliya və ya kənarlaşma aşkar edilməyib. Bundan sonra bütün xətlər üzrə qatarlar əvvəlki qaydada fəaliyyətini bərpa edib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla