AZ

“Keşiş aksiyası” rəsmi İrəvanın siyasi iradəsinə təsir göstərə bilərmi?

Bu gün Ermənistanda "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə Paşinyan rejimi əleyhinə etiraz aksiyalarına start verilib. Baqrat Qalstanyana dəstək mqəsədilə İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi tətilə başlayıb.

 

Maraqlıdır, “keşiş aksiyası” rəsmi İrəvanın siyasi iradəsinə təsir göstərə bilərmi?

 

Moderator.az-a açıqlama verən sabiq diplomat Fikrət Sadıqov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Ermənistanda baş verən aksiyalara müəyyən qüvvələrin cəlb olunmasına baxmayaraq, proseslər göstərir ki, bu aksiyaya rəhbərlik edən erməni keşiş vaxtiylə Paşinyanın aksiyalarda ətrafına yığdığı qədər insan toplaya bilmir. Bu, göz önündədir. Bu baxımdan düşünmürəm ki, bu aksiya İrəvanın siyasətinə ciddi mənada təsir göstərsin. Lakin ola bilsin ki, aksiyalar İrəvanı ölkəmizlə aparılan danışıqlarda müəyyən qədər ara verməsinə səbəb olsun. Bu ehtimal mövcuddur. Çünki Paşinyan da başa düşür ki, əgər haqsız da olsa, geniş kütlələr onun yürütdüyü siyasətin əleyhinə bu cür aksiya təşkil edibsə, o zaman daha ehtiyatlı davranmağa məcburdur.

 

Bununla yanaşı, sərhədlərin delimitasiyası ilə bağlı prosesin davam etdiyini də qeyd etməliyik. Doğrudur, bu proses sürətlə getmir, ləng gedir. Amma ləng getsə də, ortada konkret nəticələr var və önəmli olan da budur.

 

Hesab edirəm ki, indiki məqamda Azərbaycan dövləti Ermənistan hökumətinə bu yöndə təzyiqi gücləndirməlidir. Elə etməlidir ki, biz bu təzyiqin real nəticələrini praktikada görək. Belə olarsa, o zaman biz daha ciddi nəticələrə şahid ola bilərik”.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla

Reytinq