AZ

Slovakiya prezidenti Kiyevə gedib


Slovakiyanın prezidenti Zuzana Çaputova Kiyevə vida səfərinə gedib.

Missiya.Az 
xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik səbəbi ilə onun səfər proqramı açıqlanmayıb.

Slovakiya dövlət başçısının mətbuat katibi Martin Strijinetsin sözlərinə görə, Çaputovanın prezidentlik müddəti başa çatır. Bununla əlaqədar ölkələrə vida səfərləri edir. Zuzana Çaputovanın Moşçun kəndi yaxınlığında həlak olan 118 nəfərin xatirəsini yad etdiyi də bildirilib.

O habelə “Qələbə mələkləri” abidəsi önünə qırmızı qızılgül dəstəsi qoyub. “Mən müharibənin getdiyi, çətin vəziyyətin və böyük insan iztirablarının yaşandığı bir ölkəyə gəldim”, - Slovakiya lideri əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla