AZ

İrəvanı qarışdıran keşiş başqa ölkənin vətəndaşı çıxdı

İrəvanda hakimiyyət əleyhinə mitinq keçirən Baqrat Qalstanyanın ikili vətəndaşlığı olduğu üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə keşişin özü məlumat verib.

“Mən ikili vətəndaşam, orada ruhani xidmət zamanı aldığım Kanada pasportu almışam”, - Qalstanyan bildirib.

Keşişin bu etirafı “Haykakan Jamanak” qəzetinin onun baş nazirliyə namizəd ola bilməyəcəyi, ikili vətəndaşlığının olduğunu yazmasından sonra gəlib. Qalstanyan bundan sonra baş nazirliyə iddialı olmadığını söyləmək məcburiyyətində də qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
teleqraf.com

1Mənbələr