AZ

"Betis"in futbolçusu Premyer Liqaya keçə bilər

30 yaşlı yarımmüdafiəçi Nabil Fekir 2023/2024 mövsümünün sonunda "Betis"i tərk edə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.

Mənbənin məlumatına görə, təcrübəli fransalı yarımmüdafiəçinin karyerasını İngiltərə çempionatında davam etdirmək variantı var.

Nabil Fekirlə "Aston Villa" maraqlanır. Müqavilə yay "transfer pəncərəsi"ndə tamamlana bilər.

Fekirin "Betis"lə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Onun bazar dəyəri 12 milyon avro olaraq qiymətləndirilir. Cari mövsümdə yarımmüdafiəçi 16 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq