AZ

BOLQARISTANIN RUSİYADAKI SƏFİRLİYİ MƏTBUATDA YAYILAN XƏBƏRLƏRİ TƏKZİB EDİB

Bolqarıstan artıq ruslara müqavilənin bütün ölkələrinə səyahət üçün etibarlı olan Şengen vizaları verir.

Tezadlar.az xəbər verir ki, bu barədə Bolqarıstanın Moskvadakı səfirliyindən Rusiya Federasiyası ərazisində müvafiq vizaların verilməsinin ləngiməsi ilə bağlı KİV-də dərc olunan yazıları şərh edərkən bildiriblər.

"Bolqarıstanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsi məlumat verir ki, Bolqarıstan ruslara Bolqarıstana və bütün Şengen ölkələrinə səyahət üçün etibarlı olan Şengen vizaları verir", - diplomatik nümayəndəlik qeyd edib.

Daha əvvəl Bolqarıstan səfirliyi məlumat vermişdi ki, respublika 2024-cü il aprelin 1-dən sonra Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinə başlayacaq. Çərşənbə günü bəzi KİV-lər VFS Global viza provayderinin məlumatlarına istinad edərək, Bolqarıstanın hələ də ruslardan Şengen vizası üçün sənədləri qəbul etməyə başlamadığını bildirib.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
tezadlar.az

1Mənbələr