AZ

Azərbaycan millisinin sabiq futbolçusuna cəza

Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov yenidən cəzalanıb.

İdman.biz xəbər verir ki, I Liqa təmsilçisi “Karvan”da forma geyinən oyunçu XXV turun “Şamaxı” ilə matçındakı hərəkətinə görə cəza alıb.

O, qarşılaşmanın 10-cu dəqiqəsində hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. AFFA-nın İntizam Komitəsi Nəsirovu 4 oyun cəzalandırıb. “Karvan” 300 manat cərimə edilib.

Qeyd edək ki, Yevlax klubu səfər matçında 0:3 hesabı ilə uduzub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla