AZ

“Ermənistan anlamalıdır ki, qonşu dövlətlərə əsassız ərazi iddiaları irəli sürməklə heç nəyə nail ola bilməyəcək”- ŞƏRH

“Ermənistanın normal iqtisadi və siyasi sabitliyə nail olması, eyni zamanda, təhlükəsizliyinin təmin olunması yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan, sülh sazişini imzalamaqdan keçir. Ermənistan anlamalıdır ki, qonşu dövlətlərə əsassız ərazi iddiaları irəli sürməklə heç nəyə nail ola bilməyəcək”.

Bu fikirləri Editor.az-a açıqlamasında Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, Ermənistanda sabitliyin bərqərar olmasında, münasibətlərin qurulmasında Azərbaycan da maraqlıdır:

“Azərbaycan təkcə Cənubi Qafqazda sülhün və sabitliyin sadəcə tərəfdarı deyil, həm də təminatçısıdır. Son hadisələr təkrar -təkrar göstərdi və sübut etdi ki, Azərbaycanın razı olmadığı heç bir proyektin nəinki həyata keçmə şansı, heç yaşamaq imkanı belə yoxdur.

Ermənistanda son günlər sərhədlərin delimitasiyası və demarkasiyası əleyhinə kütləvi aksiyalar keçirilməsi həm bu aksiyaların təşkilatçılarının da erməni apostol kilsəsi olması bir daha sübut edir ki, hələ də radikal revanşist qüvvələr köhnə xülyalarından əl çəkmək istəmirlər. İnanmaq istərdik ki, Ermənistanda ağlı başında olan qüvvələr bu provakasiyalara meydan verməyəcək”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla