AZ

Türkiyədə neçə nəfər işsizdir?

Türkiyədə işsizlik nisbəti mart ayında 0,1 bal azalaraq 8,6%-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) mart ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Məlumata görə, 15 yaşdan yuxarı işsizlərin sayı 19 min adam azalaraq 3 milyon 57 min adama çatıb.

İşsizlik nisbəti kişilər üçün 6,8 faiz, qadınlar üçün isə 12 faiz olaraq qiymətləndirilib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla

Reytinq