Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.
News24.az APA-ya istinadən bildirir ki, hadisə dünən gecə saatlarında baş verib.
Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən "Bazar gölü"nə düşüb və boğulublar.