AZ

“Türkiyənin hotel sisteminin Azərbaycanda yaradılması vacibdir” – Ekspert

Türkiyə hotellərində qışdakı endirim qiymətlərə yay üçün otaqlar rezerv etmək olur. Öncədən rezerv edib, həm ucuz qiymətə almış olursan, həm də gedəcəyin tarixi daha əvvəldən dəqiqləşdirmiş olursan. Bəs Azərbaycan hotellərində necə, endirimli qiymətlərlə əvvəlcədən rezervasiya olunurmu? Azərbaycanın hotel siyasətini Türkiyə modelinə uyğunlaşdırmaq turizmə nə qədər faydalı olar?

Valyuta.az mövzunu turizm eksperti Rəhman Quliyev ilə müzakirə edib. O, deyib ki, bölgələrdə fəaliyyət göstərən hotellər əvvəlcədən rezervasiya qəbul edirlər:

“Bizdə də Türkiyədəki hotel sisteminin qiymət siyasətinin aparılması, öncədən rezervasiya olması turistlər üçün əlverişli şərait yaradır. Erkən rezervasiya turistlərə daha sərfəli qiymətə hotel tapmağa imkan verir. Azərbaycanda, xüsusilə də, regionlarda fəaliyyət göstərən hotellər tam olaraq da Türkiyə təcrübəsini tam tətbiq edə bilməsə də, artıq o istiqamətdə işlər aparılır. Regionlarda fəaliyyət göstərən hotellər turizm şirkətləri ilə əmkdaşlıq elədiyi halda, bu təcrübədən daha geniş istifadə edə biləcəklər. Dünya təcrübəsi də göstərir ki, erkən rezervasiya hotellərin satış prosesində daha faydalı olur. Türkiyədə olan sistemin Azərbaycanda surətinin yaradılması zəruridir”. 

Turizm eksperti onu da qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən hotellər ən azından yay aylarında gündə üç dəfə yemək vermək (all inclusive) siyasətini həyata keçirməlidir:

“Türkiyədə istifadə olunan bu modeli Azərbaycanda da tətbiq etməliyik. Biz bunu tətbiq etsək, turist portfelimizin genişləndiyini görəcəyik. Çünki yerli və xarici turistlərin seçəcəyi hotellərdə qida məsələsi əsas faktorlardandır. Hotelin qidalanma proqramı turistlərin ən çox verdiyi suallar sırasındadır”.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla