AZ

Çin ABŞ- nin 37 şirkətə tətbiq etdiyi məhdudiyyətlərə qarşıdır

 

Çin ABŞ-nin Rusiya ilə əlaqəsi olduğu iddia edilən Çin şirkətlərinə ixrac nəzarətinə qarşıdır. 

"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

“ABŞ 37 Çin müəssisəsini qondarma hərbi müdaxilə və Rusiya ilə münasibətlər bəhanəsi ilə ixraca nəzarət təşkilatı kimi təyin edib, Çin buna qəti etiraz edir”, - deyə məlumatda bildirilir.

Departament hesab edir ki, Birləşmiş Ştatlar ixrac nəzarətindən sui-istifadə edir, digər ölkələrdəki şirkətləri sıxışdırır və məhdudlaşdırır. Eyni zamanda onların maraqlarına ciddi ziyan vurur. 

Onlar əlavə ediblər ki, Vaşinqtonun hərəkətləri qlobal təchizat zəncirlərinin sabitliyinə xələl gətirir və qlobal iqtisadiyyatın bərpasına mane olur.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinqdə bildirib ki, Çin və Rusiya arasında iqtisadi əlaqələr pozulmamalı və məhdudlaşdırılmamalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla