AZ

Aygün Kazımova finaldan öncə çıxış edəcək

İyunun 2-də Azərbaycan Kubokunun finalında “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək.

OLAY yazır ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Həlledici qarşılaşmadan öncə konsert proqramı təşkil olunacaq. Xalq artisti Aygün Kazımova konsert proqramı ilə çıxış edəcək.

“Azərbaycan Kubokunun final matçı mövsümün bağlanış oyunudur. Hər zaman olduğu kimi bu qarşılaşmanın da rəngarəng alınması üçün çalışırıq. Oyundan öncə  Xalq artisti Aygün Kazımovanın konserti baş tutacaq. Bir çox planlarımız yekunlaşmaq üzrədir. Tamaşaçıların rahatlığı və finaldan zövq alması üçün hər bir imkan yaradılacaq” deyə, məlumatda bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
13
Mənbələr
Şərh ()
Bağla