AZ

İranda parlament seçkilərinin ikinci turu keçirilir

İranda parlament seçkilərinin ikinci turu başlayıb və bu turda parlamentdə qalan 45 yer uğrunda 90 namizəd mübarizə aparır. Vətəninfo.az xəbər verir ki , bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Seçkilər martın 1-də keçirilən seçkilərin birinci turunda namizədlərin səs çoxluğu əldə edə bilməyən 22 seçki dairəsində keçirilir.

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei səsvermə məntəqələri açılarkən səs verib və bəyan edib ki, seçkilərin ikinci turu birincisi qədər mühümdür və səsvermə bütün iranlıların “milli borcu”dur.

32 namizədin mübarizə apardığı Tehran da daxil olmaqla, 15 əyalətdə seçkilərin ikinci turu keçirilir.

Martın 1-də keçirilən seçkilər zamanı İran parlamentində 290 yer uğrunda 15 mindən çox namizəd mübarizə aparıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla