AZ

“Məhkəmənin qərarlarını bəyənməyə bilərik“ - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnzibati Ədalət Günü və Danıştayın yaranmasının 156-cı ildönümü mərasimində çıxış edib. Ərdoğanın çıxışından diqqət çəkən məqamlar bunlardır:

"Məhkəmə sistemini manipulyasiya etmək, istəmədikləri qərar verildikdə vəkilləri hədəfə almaq bizim ən çox qarşılaşdığımız şeydir. Sosial mediada linç mədəniyyəti məhkəmə üzvlərini qurban verir. Məhkəmə sistemi tənqiddən kənarda deyil. Məhkəmənin qərarları xoşumuza gəlməyə bilər. Bunun qarşısını heç kim ala bilməz və etməməlidir. Terrorizmi, zorakılığı tərifləməyən insanlar öz fikirlərini bölüşə bilərlər. Güclü, qərəzsiz, yaxşı və sürətli işləyən ədliyyə sistemi övladlarımıza qoyacağımız ən yaxşı mirasdır. Məhkəmənin qanunvericilik və icra hakimiyyətinə qarışması səhv olduğu kimi, məhkəmənin də siyasi müzakirələrə cəlb edilməsi düzgün deyil"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq