AZ

Putin baş nazir postu üçün namizədini açıqladı

“Prezident Vladimir Putin Mixail Mişustinin yenidən baş nazir vəzifəsinə təyin edilməsini təklif edib”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Volodin qeyd edib ki, prezident artıq Mişustinin namizədliyini parlamentin aşağı palatasına baxılmaq üçün təqdim edib.

Onun sözlərinə görə, mayın 10-da Mixail Mişustin Dövlət Dumasına məruzə edəcək, bundan sonra deputatlar ona suallarını verəcək, daha sonra hökumət sədrinin namizədliyinin təsdiqi üçün səsvermə keçiriləcək.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla