AZ

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib.


"British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməsi əlaməti kimi qeyd olunur.


Araşdırma çərçivəsində təxminən 30 - 60 yaş aralığında İsveç və Danimarkadan 2406 qadın üzərində müşahidə aparılıb.


Boyları 10-13 il ərzində orta hesabla 0,8 santimetr qısalan qadınlardan 157-si ürək-damar xəstəliyindən olmaqla ümumi halda 625 nəfər həyatını itirib.


Elmi müşahidə zamanı kökəlmə, yaş və həyat tərzi kimi faktorlar nəzərə alındıqdan sonra hər 1 santimetrlik boy itkisinin qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm riskini 14-21 faiz artırdığı bəlli olub.


Araşdırmada sözügedən zaman kəsiyində 2 santimetrdən çox boy itkisi yaşayan qadınlarda iflic və ya infarkt kimi ürək-damar narahatlıqlarından ölmə ehtimalı digərlərinə nisbətən iki qat artıq görünüb.


Alimlərin fikrinə görə, qadınlar nizamlı şəkildə hərəkət (idman) edərsə, D vitamini və kalsium alarsa, orta yaşda boy itkisi və sümük qırılmalarının qarşısına keçə bilər.(publika.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla