AZ

“Gəlin, bu lənətə gəlmiş kuboku götürün”

style='margin-bottom:10px;'>

"Liverpul"un baş məşçisi Yurgen Klopp sabiq komandası “Borussiya”nın Çempionlar Liqasının finalına çıxması ilə bağlı təəssüratlarını bölüşüb.

QOL.az "Bild"ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Dortmund klubunun Çempionlar Liqasını qazanmasının vaxtı çatdığını bildirib:

“Vay! Heyrət! Hər kəsi təbrik edirəm, “Borussiya” finalda oynamağa layiqdir. Gəlin, indi bu lənətə gəlmiş kuboku götürün”.

"Borussiya" Çempionlar Liqasının finalında "Real"la qarşılaşacaq. Oyun iyunun 1-də Londondakı "Uembli" stadionunda keçiriləcək.

Qeyd edək ki, Klopp 2013-cü ildə Dortmund komandasını Çempionlar Liqasının finalına çıxarsa da, komandası gəlledici görüşdə "Bavariya"ya uduzub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla