AZ

“Avroviziya”-da qarşıdurma: Zalda ara qarışdı

Xəbər verdiyimiz kimi, bu il sayca 68-ci dəfə keçirilən “Avroviziya” mahnı müsabiqəsində finala vəsiqə qazanan ölkələr bəlli olub. 

"Cebhe.info" xəbər verir ki, dünən keçirilən yarımfinaldan əvvəl minlərlə insan İsrailin müsabiqəyə qatılmasına qarşı etiraz edib, lakin İsrail təmsilçisi Eden Qolan finala çıxıb. Beləliklə, İsrail 9 ölkə ilə birlikdə növbəti mərhələyə vəsiqə qazanıb.

İsrailin Qəzza zolağına hücumları və "Avroviziya"-da iştirakı ilə bağlı müzakirələr davam edir. İsrail əsilli müğənni Eden Qolan dünən yarımfinal öncəsi məşq zamanı tamaşaçılar tərəfindən etirazla qarşılanıb.  Malmödə minlərlə insan İsrailin hərbi müdaxiləsinə etiraz etmək üçün küçələrə çıxıb. Bununla belə, bəziləri İsrailə dəstək aksiyaları da keçirib. İsrailin Baş naziri Benyamin Netanyahu antisemitizmə qarşı mövqeyinə görə daha əvvəl dəfələrlə etiraz edilən israilli müğənniyə dəstək verib.

Fələstin tərəfdarları zalda Fələstin bayraqlarına qoyulan qadağaya görə Avropa Yayım Birliyini ikili standartlara görə tənqid ediblər. Avropa Yayım Birliyi isə “Avroviziya” yarışmasıın siyasi olmadığını və İsrailin iştirakına icazə vermələrini müdafiə edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq