AZ

“Arsenal” çempionluq paradının planını hazırlayıb

Londonun “Arsenal” komandası İngiltərə Premyer Liqasında çempionluğu üçün parada hazırlaşır.

“Daily Mail” qəzetinin məlumatına görə, londonlular artıq bayram tədbirlərinin planını hazırlayıblar. Sseanriyə əsasən, bəzi yollar və küçələr bağlanmalıdır.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında 36-cı turdan sonra “Arsenal” 83 xalla liderdir. Lakin ondan iki xal geri qalan “Mançester Siti”nin ehtiyatda bir oyunu var. Son iki turda Mikel Artetanın komandası səfərdə “Mançester Yunayted” və evdə “Everton”la qarşılaşacaq.

Sonuncu dəfə “Arsenal” 20 il əvvəl ölkə çempionu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla

Reytinq