AZ

Arzu Nağıyev: “Qarabağın separatçı qurumlarının nümayəndəliyi ləğv olunmalıdır”

“Ermənistan tərəfi dəfələrlə qeyd edib ki, sülh sazişinin imzalanması üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır”.

Bu sözləri Herbiand.az-a deputat Arzu Nağıyev bildirib. O, həmçinin  qeyd edib ki, iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyiş olacaq:

“Tam sülhə nail olmaq və onu qanuni şəkildə  tənzimləmək üçün Qarabağın separatçı qurumlarının nümayəndəliyi ləğv olunmalıdır. Təbii ki, konstitusiya ilə bağlı müəyyən dəyişiklilər edilməlidir, əks halda sülhün bərqərar olması çətin olacaq. Sülh müqaviləsinin imzalanması vasitəçilərsiz daha tez imzalanacaq. Proseslə bağlı ciddi işlər görülür”.

Arzu Nağıyev qeyd edib ki,  Paşinyan hakimiyyəti köçkünlərə mənzil tikintisi, ev və ya mənzillərin alınması və köçkünlərə ödənilməmiş ipoteka kreditləri üçün dəstəyin göstərilməsi istiqamətində dəstək həyata keçirəcəyini bildirib. Bununla yanaşı, hakimiyyət onlara  son təxribatlara qoşulmamağı, əks halda bu təzminatlar dayandıracağını ilə bağlı xəbərdarlıq edib.

 Millət vəkili hesab edir ki, sülh müqaviləsinin imzalanması COP29 ərəfəsində baş tutması mümkündür:

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, 40 a yaxın  sərhəd dirəklərinin basdırılması, əsassız  etirazların hökumət tərəfindən yatırılması, bu gün Almatıda baş tutacaq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sülh prosesinin tez bir zamanda  reallaşacağını özündə əks etdirir”.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla

Reytinq