AZ

Keşişlərin qiyamı: Paşinyanın yerinə keçmək istəyirlər

Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan ölkədə Nikol Paşinyanın istefasını tələb edən etiraz hərəkatının Baş nazir postuna ən real namizədinin Baqrat Srbazan olduğunu bəyan edib.
Qeyd edək ki, Srbazan Baqrat Qalstyan Erməni Apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəridir və Paşinyan hakimiyyətinin devrilməsinin tərəfdarıdır.
Oskanyan deyib: "Baqrat Srbazanın düz yolda olduğunu hesab edirəm" O dünən bəyan etmişdi ki, parlamentə daxil olmaq və Nikol Paşinyana etimadsızlıq proqsesinə başlamaq üçün artıq parlamentdəki siyasi qüvvələrlə məşvərət aparır. Konstitusiyanın tələbinə görə, bu qüvvələr Baş nazir postuna öz namizədlərini irəli sürməlidirlər. İndiki məqamda, mənim fikrimcə Baş nazir postuna namizəd Baqrat Srbazan olmalıdır".
Oskanyan erməniləri Srbazanın əsgəri olmağa çağırıb.
Hürr Tərcüman

Вардан
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq