AZ

Heydər Əliyev bütün zamanlarda Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101 illiyi ilə bağlı tədbir keçirilib.
 
İnstitutdan Aztibb.az-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə institutun direktoru, tibb elmləri doktoru, professor Cəmilə Qurbanova Heydər Əliyevin Azərbaycan xalqına xidmət nümunəsi olduğunu vurğulayaraq, dahi liderin yaşadığı mənalı həyat yolundan, onun güclü daxili və xarici siyasətindən söz açıb. Bildirib ki, Ulu Öndərin yolunu uğurla davam edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu çoxşaxəli siyasət uğurla davam etdirilir, elm, təhsil, səhiyyə sahəsində davamlı islahatlar və yeniliklər həyata keçirilir.
 
O, Heydər Əliyev kimi xalqını hər zaman düşünən, şəhid və qazi ailələrinə dəstəyini əsirgəməyən lider olduğunu vurğulayıb.
 
Daha sonra ETMGİ YAP təşkilatının sədri Ədalət Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi uğurları, bugünkü Azərbaycanın dünya arenasında tutduğu mövqenin banisi kimi gördüyü işlər haqqında ətraflı məlumat verib.
İnstitutun İnsan resursları şöbəsinin müdiri Təranə Atakişiyeva öz çıxışında Azərbaycanın Heydər Əliyevin hakimiyyət illərində necə dirçəlməyindən, xalqın rifahının yüksəlməyindən, səhiyyə sahəsində çalışan işçilərə göstərilən diqqət və qayğıdan, işsizliyin azalmasından bəhs edib.
 
“Ulu Öndər Heydər Əliyevin həyat yolu” ilə bağlı hazırlanan bədii film nümayiş olunduqdan sonra tədbir yekunlaşıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
aztibb.az

1Mənbələr