AZ

Pakistanın hava limanında yanğın panikası: Uçuşlar təxirə salındı

Bu gün səhər saatlarında Pakistanın Pəncab əyalətinin paytaxtı Lahor şəhərində Əllamə İqbal Beynəlxalq Hava Limanında yanğın baş verib. Yanğın yerli vaxtla saat 05.20 radələrində hava limanının uçuş əməliyyatları sahəsində başlayıb. Qısaqapanma nəticəsində başlayan yanğın qısa zamanda tüstü ilə örtülmüş ərazidə çaxnaşmaya səbəb olub.

Turkustan.az xəbər verir ki, hadisə yerinə gələn xilasetmə qrupları təxminən 3 saatlıq müdaxilədən sonra yanğını söndürüb. Yanğın zamanı xəsarət alan olmasa da, hava limanı boşaldılıb. Yanğın səbəbindən Həcc ziyarəti və digər beynəlxalq reyslər təxirə salınıb.

Aeroport rəsmiləri tüstünün dağılmasının vaxt aparacağını bildirərək, tüstü yox olana qədər sərnişinlərin hava limanına girişinin qadağan olunduğunu açıqlayıb. Yanğın səbəbindən hava limanının girişindəki parkinq sahəsində də sıxlıq yaranıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla