AZ

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Professor:

Bakı, 10 may, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin zəngin irsi xalqımızın milli sərvətidir və bu tükənməz xəzinədən hamıya – hər bir siyasətçiyə, dövlət adamına, iqtisadçıya, diplomata, elm, təhsil və mədəniyyət xadimlərinə, bütövlükdə hər bir ölkə vətəndaşına pay düşür. XX əsrin 70-ci illərindən Azərbaycan dilinin, nitq mədəniyyətinin inkişafında intibah dövrü başlandı ki, bu da Ulu Öndərin adı ilə bağlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri professor İsmayıl Məmmədli deyib. O bildirib ki, Heydər Əliyev respublikamızda dil quruculuğunda, nitq mədəniyyətinin zənginləşməsində müstəsna dərəcədə xidmət göstərib: “Heydər Əliyevin dövlətçilik, siyasət, iqtisadiyyat, diplomatiya, tarix, maarifçilik, fəlsəfə, estetika, memarlıq, ədəbiyyatşünaslıq, incəsənət sahələri ilə yanaşı, xüsusilə yüksək nitq mədəniyyəti, natiqlik sahəsində fəaliyyəti də xüsusi araşdırmaya layiq mühüm bir məsələdir. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə etiraf olunan ilk uğurlarını qazandığı bir vaxtda ana dilinin yüksək səviyyədə qayğısına qalmaq, doğma xalqın maddi və mənəvi qüvvələrini səfərbər etmək, ana dilinin konstitusiya hüquqlarını bərqərar etmək kimi şərəfli vəzifələri həyata keçirmək Ulu Öndər Heydər Əliyevin öhdəsinə düşmüşdür”.

Professor əlavə edib ki, Ulu Öndərin ürəyi Azərbaycan qədər geniş, Odlar yurdu kimi hərarətli idi. Sağlığında olduğu kimi, indi də Heydər Əliyev deyəndə Azərbaycanı, Azərbaycan deyəndə Heydər Əliyevi düşünürük. Heydər Əliyev Azərbaycan üçün Tanrının payı idi. Heydər Əliyevin zəkası, onun ideyaları hər zaman Azərbaycan torpağı üzərində günəş kimi parlayıb, xalqımızın inkişaf yollarını, həyatını nura qərq edib. Azərbaycanlı adını daşıyan hər kəs fəxr edir ki, Ulu Öndər millətimizin başını uca edib, ona şərəf gətirıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
azertag.az

1Mənbələr