AZ

"Mənim futbolçularım 3 titul qazanmağa layiqdir" - Xabi Alonso

style='margin-bottom:10px;'>

"Bayer"in baş məşqçisi Xabi Alonso komandasının Avropa Liqasının finalına yüksəlməsi ilə bağlı danışıb.

QOL.az xəbər verir ki, ispaniyalı mütəxəssis UEFA-ya açıqlamasında futbolçularının bu mövsüm 3 titul qazanmağa layiq olduğunu bildirib.

“Avropa Liqasının finalına yüksəldiyimiz üçün şadıq. İndi bir həftə ərzində iki final oynamalıyıq. Avroliqanın yarımfinalında xarakter göstərdik. Matçdan sonra futbolçularımın gözlərinin içinə baxdım və gördüm ki, onlar daha çox istəyirlər. Hələ üç titul qazanmaq şansımız var. Mənim futbolçularım trebl qazanmağa layiqdir”.

Xatırladaq ki, Avropa Liqasının yarımfinal mərhələsində “Roma”nı mübarizədən kənarlaşdıran (2:0, 2:2) "Bayer" finala yüksəlib. Komanda bu mövsüm ardıcıl 49 oyundur ki, uduzmur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq