AZ

Universitetdə tədbir: “Heydər Əliyev şəkillərdə”

Bakı, 10 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat və Fizika fakültələrinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümün münasibətilə “Heydər Əliyev şəkillərdə” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin fəaliyyətini və həyatının müxtəlif anlarını əks etdirən fotolarla tanış olublar.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində mühüm rol oynamış görkəmli şəxsiyyət, onun həyat və fəaliyyətinin gənclərimiz üçün bir örnək olduğunu bildirib. Qeyd edib ki, Heydər Əliyevin vaxtilə ağır vəziyyətdən çıxardığı ölkəmiz bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan dövlətə çevrilib. Tam suveren, güclü iqtisadiyyatı ilə dünya dövlətləri içində öz sözünü deməyə qadir, qalib Azərbaycanın yüksəlişinin əsası Ulu Öndərin uzaqgörən siyasəti ilə qoyulub.

Deputat İltizam Yusifov isə çıxışında diqqətə çatdırıb ki, Ulu Öndərin hakimiyyəti dövründə ölkəmiz iqtisadi, siyasi, sosial, mədəni sahələrdə böyük irəliləyişlərə nail olub, əhalinin sosial rifahı yaxşılaşıb. Bu gün qazandığımız bütün nailiyyətlərin, uğurların əsası dünyaşöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub.

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, BDU-da kafedra müdiri Misir Mərdanov Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev keçmiş ittifaq dövründə və müstəqillik illərində elmin, təhsilin hamisi olub. O, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün ciddi tədbirlər həyata keçirib, mühüm fərman və sərəncamlar imzalayıb.

Fizika və Mexanika-riyaziyyat fakültələrinin dekan müavinləri Məhəmməd Məhərrəmov, Etibar Əhmədov Ümummilli Liderin irsinin bütün əsrlər və nəsillər üçün örnəyə çevrildiyini və daim gənc nəsil üçün həyat məktəbi rolunu oynadığını bildiriblər.

Sonda tələbələrin hazırladıqları və Ulu Öndərin həyatından bəhs edən videoçarx nümayiş etdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla