AZ

"Asiyalı kişi" Parisdə bir qadını, iki polisi yaralayıb

Mayın 9-da Parisin 13-cü rayonunda polis bölməsində iki polis əməkdaşı ağır yaralanıb.

Musavat.com “Le Figaro”-ya istinadla xəbər verir ki, polis əməkdaşlarına atəş açan təcavüzkar yarım saat əvvəl arvadını kəsici alətlə yaralayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayaraq polis bölməsinə aparanda o, polis əməkdaşlarından birinin silahını ələ keçirib. O, atəş açmağa başlayıb və iki polisi yaralayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri ağır vəziyyətdə Jorj Pompidu xəstəxanasına aparılıb. Zabit qasıq və mədə nahiyəsindən yaralanıb və təcili cərrahiyyə əməliyyatı tələb olunub və bu, uğurlu alınıb. Onun həmkarının da vəziyyəti sonda stabilləşib.

Hücum edənin "Asiyalı kişi" olduğu və hadisə zamanı cavab atəşi ilə sinəsindən güllələndiyi bildirilib. O da xəstəxanaya aparılıb. Atıcıya qarşı iki cinayət işi açılıb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla