AZ

Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı

İngiltərədəki krallıq vəzifələrini tərk edərək 2020-ci ildə ABŞ-a köçən Şahzadə Harri ilə bağlı Kral Çarlzdan yeni bir addım gəldi.

Ednews ntv.com-a istinad'n xəbər verir ki, Hazırda xərçəng xəstəliyi ilə mübarizə aparan Kral Çarlzın şahzadə Harrinin hərbi vəzifələrini şahzadə Uilyama təhvil verəcəyi açıqlanıb.

Çarlzın Harrinin Ordu Hava Korpusunun qərargah polkovniki vəzifəsini böyük qardaşı Şahzadə Uilyama təhvil verəcəyi açıqlandı .

Saraydan edilən şərhdə; "Kral Ordu Hərbi Hava Qüvvələrinin polkovniki vəzifəsini rəsmi olaraq Uels Şahzadəsi Əlahəzrətlərinə təhvil verəcək" dedi.

Həmçinin bəyanatda vurğulanıb ki, Çarlz Uels Şahzadəsi titulunu alarkən 31 il qərargah polkovniki kimi xidmət edib.

Kraliça Elizabetin ölümündən sonra Çarlz taxta çıxdı; Uilyam "Uels şahzadəsi" titulunu aldı. Digər tərəfdən, Şahzadə Harri Invictus Oyunlarının 10-cu ildönümünü qeyd etmək üçün Londona getdi. Lakin bu dəfə sarayın qapıları onun üzünə bağlı olub. Şahzadə Harrinin sözçüsü verdiyi açıqlamada "Kral Çarlzın sıx qrafiki səbəbindən bu həftə görüş mümkün olmayacaq" deyib.

Xəyal Ramiz 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla