AZ

Apellyasiya Məhkəməsi zalım hakimin qərarını ləğv etdi - FAMİL XƏLİLOV AZADLIQDA

Bir neçə gün əvvəl polis tərəfindən narkotik ittihamı ilə həbs edilən fiziki məhdudiyyətli müxalif fəal Famil Xəlilov ev dustaqlığına buraxılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə gununsesi.info-ya onun vəkili Bəhruz Bayramov bildirib. Vəkil deyib ki, Bakı Appelyasiya Məhkəməsi Famil Xəlilov barəsindəki həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Qeyd edək ki, hər iki əlləri iflic olan Famil Xəlilov barəsində həbs qərarını Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev vermişdi.

Hakimin 1-ci qrup əlili həbsə yollaması sosial şəbəkələrdə onun haqqında ağır ittihamlara səbəb olmuşdu.

Qeyd edək ki, əlləri iflic olan Xəlilov Cinayət Məcəlləsinin 234.4.3-cü (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
hurriyyet.az

1Mənbələr