AZ

Ədən körfəzində daha bir gəmiyə hücum edildi

Naməlum qüvvələr Ədən körfəzində daha bir gəmiyə hücum həyata keçirib. 

BAKU.WS xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb. 

"UKMTO, Yəmənin 195 dəniz mili şərqində baş verən hadisə ilə bağlı xəbərdarlıq alıb. Səlahiyyətlilər hadisənin şərtlərini araşdırır və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə edir" ,-deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, məlumat hücuma məruz qalan gəminin kapitanından alınıb. Hələlik insidentlə bağlı əlavə məlumat verilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
baku.ws

1Mənbələr