AZ

“SOS” MMC əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər – FOTOLAR/VİDEO

10 May - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür.

“AzPolitika” xəbər verir ki, bu münasibətlə peşəkar mühafizə xidməti “Security Operation Services” (“SOS”) MMC-nin əməkdaşları və rəhbər heyəti Fəxri xiyabana yollanaraq, Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Heydər Əliyevin rəhbər olduğu illər ərzində daim ölkəmizin tərəqqisi üçün çalışdığı, doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığı vurğulanıb.

Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə əklik və gül dəstələri qoyublar.

Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

“AzPolitika.info”


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla