AZ

Ermənistanda etiraz aksiyaları davam edir - VİDEO

Ermənistanda hökumət əleyhinə etiraz aksiyaları davam edir.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan vətəndaşları İrəvanda yerli vaxtla 18:30-da Respublika meydanında toplaşmağa çağırıb. 

Bununla yanaşı, hazırda Ararat vilayətində və İrəvan Dövlət Universitetində də etirazlar başlayıb.

Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan aksiyalara və Paşinyanın impiçment prosesinə start verildiyini açıqlayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
216
3
Mənbələr
Şərh ()
Bağla