AZ

Yanvar-aprel aylarında Türkiyənin Qazaxıstana avtomobil sənayesi məhsulları ixracı 30 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Qazaxıstanaavtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü iləmüqayisədə 51,8 faiz azalaraq, 33,6 milyon dollara bərabərolub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin aprel ayında Türkiyə Qazaxıstana 8,9 milyon dollarməbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçənilin aprel ayı ilə müqayisədə 43,1 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyəninavtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü iləmüqayisədə 5,1 faiz artaraq 11,9 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 2,7 milyard dollar məbləğindəavtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprelayı ilə müqayisədə 2,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023- aprel 2024)Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesiməhsulları ixrac edib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
26
Mənbələr
Şərh ()
Bağla